12:21 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
RUSİYA
Qısa URL
175 0 0

The National Interest: Rusiyaya SSRİ-dən “çox geniş” HDD qalıb və bu donanma 90-cı illərdə vəsait çatışmazlığından çətin vəziyyətə düşüb.

BAKI, 25 mart — Sputnik. ABŞ-ın The National Interest jurnalı Rusiya Hərbi-Dəniz donanmasının beş ən güclü gəmisinə məqalə həsr edib.

Məqalədə deyilir ki, Rusiyaya SSRİ-dən “çox geniş” HDD qalıb və bu donanma 90-cı illərdə vəsait çatışmazlığından çətin vəziyyətə düşüb. Lakin sonradan Kreml donanmanın yenilənməsi üzrə genişmiqyaslı proqram qəbul edib və proqram çərçivəsində köhnə gəmilər modernləşdirilib, həmçinin yeni gəmilər düzəldilib.

Rusiyanın ən güclü beş gəmisi arasında müəllif ilk olaraq Şimal donanmasının flaqmanı və ən böyük suüstü hərbi gəmi olan “Pyotr Velikiy” ağır atom raket kreyserinin adını çəkir.

Siyahıda ikinci yerdə “Borey” sinfindən olan “Knyaz Vladimir” atom sualtı qayığıdır. Qayıq “Bulava” raketləri ilə təchiz olunub. Qeyd olunur ki, qayıq 2020-ci ildən döyüş növbəsindədir, 2027-ci ilədək isə HDD daha altı belə sualtı qayığı istismara vermək istəyir.

Növbəti yerdə “Yasen-M” seriyasından olan “Kazan” atom sualtı qayığıdır. Müəllif qayığın güclü arsenala malik olduğunu vurğulayır. Söhbət orta uçuş məsafəsi 4500 kilometrədək olan “Kalibr-M” qanadlı raketlərindən gedir.

Siyahıda dördüncü yeri daha bir kreyser tutur. "Marşal Ustinov" kreyseri modernləşmədən sonra P-1000 “Vulkan” qanadlı raketləri, 9K33 “Osa”ZRK, həmçinin S-300 kompleksi ilə təchiz olunub.

NI-nin icmalçısı beşinci yerə “Sirkon” hipersəs qanadlı raketlərini ata bilən, “Kalibr” və “Oniks” raketli, həmçinin səkkizmərhələli buraxılış sistemi ilə təchiz olunmuş “Qremyaşiy” korvetini yerləşdirib.

Əsas mövzular