Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qar uçqununa düşən uşaq öldü

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
Uçquna düşən qrupun digər üzvlərinın vəziyyəti normal olub və tibbi yardıma göstərilməsinə ehtiyac duyulmayıb.

BAKI, 22 mart - Sputnik. Sankt-Peterburqdan Murmanska gedən turist qrupunun qar uçqununa düşməsi nəticəsində bir qız həlak olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin məlumatında deyilir. 

Xibinada, İmandra qəsəbəsi yaxınlığında bu gün axşamçağı qar uçqunu olub. Həmin vaxt orada hərəkət edən turist qrupunda 16 turist, o cümlədən 13 uşaq olub. 

FHN-in məlumatına görə, uçqunda ölən qız 2008-ci il təvəllüdlü idi. Qrupun digər üzvlərinın vəziyyəti normal olub və tibbi yardıma göstərilməsinə ehtiyac duyulmayıb.

İstintaq Komitəsi fəlakətin detallarını araşdırır.

Xəbər lenti
0