Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin gəzməyə gedəndə nüvə çamadanını haraya qoyur?

© Sputnik / Mikhail KlimentyevПрезидент РФ Владимир Путин на борту президентского самолета во время полета на авиабазу Хмеймим в Сирии
Президент РФ Владимир Путин на борту президентского самолета во время полета на авиабазу Хмеймим в Сирии - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
Kreml nümayəndəsi jurnalistlərin prezident Sibirdə istirahətdə olarkən nüvə çamadanını da özü ilə aparıb-aparmaması barədə sualına cavab verib. 

BAKI, 22 mart - Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyir ki, bütün rabitə vasitələri, o cümlədən strateji rabitə vasitəsi Vladimir Putin ölkədə də, xaricdə də olsa, həmişə onun yanında olur.  

Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, bu minvalla Kreml nümayəndəsi jurnalistlərin prezident Sibirdə istirahətdə olarkən nüvə çamadanını da özü ilə aparıb-aparmaması barədə sualına cavab verib. 

Martın 20-si və 21-də Vladimir Putinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun tayqadakı istirahətindən görüntülər yayılıb. Onlar tayqada vezdexodla gəzib, nazirin ağac məmulatları emalatxanasına baş çəkiblər. 

Putinlə Şoyqu 2019-cu ildə də Tuvaya istirahətə getmişdilər. Onda Peskov demişdi ki, Putin Rusiyada dincəlməyi sevir. Əlavə etmişdi ki, Rusiyanın tanınmayan məkanlarını öz nümunəsi ilə populyarlaşdırmaq prezidentin vəzifəsidir.

Xəbər lenti
0