13:56 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
RUSİYA
Qısa URL
22 0 0

Əlaqə kəsilən yaşayış məntəqələrindəki 779 evdə 3899 nəfər, o cümlədən 976 uşaq yaşayır. Ərazidə 14 sosial əhəmiyyətli obyekt var.

BAKI, 21 mart - Sputnik. Dağıstanın Rutul rayonunda qar uçqunu olub, doqquz yaşayış məntəqəsinə gedən yollar bağlanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, məlumatı Rusiya FHN-in bölgə üzrə idarəsi yayıb. 

Hadisə barədə məlumat dispetçerlərə bu gün axşamçağı daxil oub. 

"Rutul rayonunun Saxur kəndinin kənarında qar uçqunu olub. Doqquz yaşayış məntəqəsinə - Süqut, Muslax, Mişleş, Korş, Cinnıx, Ottal, Kalal, Muxax, Kusura - gedən yollar bağlanıb. Orada 779 evdə 3899 nəfər, o cümlədən 976 uşaq yaşayır. Ərazidə 14 sosial əhəmiyyətli obyekt var", - məlumatda deyilir.

FHN-dən bildirilib ki, dağıntı və xəsarət alan yoxdur. Yolun təmizlənməsinə isə bazar ertəsi 08:00-da başlayacaqlar.

Teqlər:
yaşayış məntəqələri, kənd, yol, qar uçqunu, Dağıstan, Rusiya

Əsas mövzular