15:21 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
132 0 0

Vladimir Putin vurğulayıb ki, hər bir xalqın tarixində "xeyli sayda dramatik və qanlı hadisələr var".

BAKI, 18 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenə sağlamlıq arzulayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"ABŞ-dan olan həmkarımın bəyanatına gəldikdə. O dediyi kimi, biz, doğrudan da şəxsən tanışıq. Ona nə cavab verərdim? Mən ona deyərdim, sağlam olun! Mən ona sağlamlıq arzulayıram. Bunu ironiyasız, zarafat olmadan deyirəm", - Rusiya Prezidenti bildirib.

"Uşaq vaxtı, biz həyətdə bir-birimizlə mübahisə edən zaman deyirdik: kim deyirsə, o özdür", - deyə Putin əlavə edib.

Putin vurğulayıb ki, hər bir xalqın tarixində "xeyli sayda dramatik və qanlı hadisələr var".

"Biz digər insanları və digər xalqları qiymətləndirəndə həmişə sanki güzgüyə baxıb, öz problemlərimizi başqların üzərinə qoyuruq", - deyə Putin qeyd edib.

Qeyd edək ki, ötən gün Birləşmiş Ştatlar Prezidenti Co Bayden "ABC" telekanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcək.

"O cavab verəcək" – deyə ABŞ Prezidenti bildirib. Bayden eyni zamanda Putini qatil adlandırıb.

ABŞ prezidenti vurğulayıb ki, yanvarda danışıqlar zamanı Rusiya Prezidentini mümkün nəticələr barədə xəbərdar edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Milli Kəşfiyyatının direktorunun ofisi açıqladığı hesabatda Moskvanı sabiq prezident Donald Trampı dəstəkləməyə cəhddə, Cozef Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə "nifaq toxumu səpməkdə" ittiham edib. Seçkilərə İran, "Hizbullah" və Kubanın da müdaxilə etməyə cəhd göstərildiyi bildirilib.

Əsas mövzular