Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ prezidenti Vladimir Putini hədələdi

© © Stefani Reynolds-Pool / Getty Images / AFPДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
ABŞ prezidenti vurğulayıb ki, yanvarda danışıqlar zamanı Rusiya Prezidentini mümkün nəticələr barədə xəbərdar edib.

BAKI, 17 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Co Bayden "ABC" telekanalına müsahibəsində bildirib.

"O, cavab verəcək" – deyə ABŞ Prezidenti bildirib. Bayden eyni zamanda Putini qatil adlandırıb.

ABŞ prezidenti vurğulayıb ki, yanvarda danışıqlar zamanı Rusiya Prezidentini mümkün nəticələr barədə xəbərdar edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Milli Kəşfiyyatının direktorunun ofisi açıqladığı hesabat Moskvanı sabiq prezident Donald Trampı dəstəkləməyə cəhddə, Cozef Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə "nifaq toxumu səpməkdə" ittiham edib. Seçkilərə İran, "Hizbullah" və Kubanın da müdaxilə etməyə cəhd göstərildiyi bildirilib.

 

Xəbər lenti
0