13:17 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
RUSİYA
Qısa URL
21 0 0

Kəşfiyyat idarəsinin ötən çərşənbə axşamı açıqlanan məxfi sənədində bildirilir ki, Rusiya Co Baydenin qələbəsinə mane olmağa və Donald Trampın yenidən seçilməsinə kömək etməyə, həmçinin ABŞ cəmiyyətində düşmənçilik toxumları səpməyə çalışıb.

BAKI, 17 mart — Sputnik. ABŞ-da keçirilən seçkilərə Rusiyanın qarışması ilə bağlı bu ölkənin kəşfiyyatının irəli sürdüyü ittihamlar əsassızdır. RİA Novosti xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin bəyanatında deyilir.

Kəşfiyyat idarəsinin ötən çərşənbə axşamı aşıqlanan məxfi sənədində bildirilir ki, Rusiya Co Baydenin qələbəsinə mane olmağa və Donald Trampın yenidən seçilməsinə kömək etməyə, həmçinin ABŞ cəmiyyətində düşmənçilik toxumları səpməyə çalışıb. Bundan əlavə, səsverməyə müdaxilə etmək niyyətində olanlar sırasında İran, "Hizbullah" və Kubanın da olduğu ehtimal edilib. Adı çəkilən sənəddə Moskvaya qarşı yeni sanksiyaların tətbiq olunacağı da bildirilib.

Rusiya diplomatik nümayəndəliyindən bildiriblər ki, məruzədə Rusiyanın ABŞ-da "təsir əməliyyatı" həyata keçirməsi ilə bağlı iddialar "yalnız kəşfiyyat idarələrinin buna əminliyi ilə təsdiqlənir".

Diplomatlar onu da bildiriblər ki, ABŞ tərəfindən irəli sürülən növbəti ittiham ikitərəfli münasibətlərin normallaşmasına və Rusiya tərəfindən irəli sürülmüş "ən aktual məsələlərin həllinin tapılması üçün ekspertlər arası bərabər və qarşılıqlı hörmətə əsaslanan dialoq" təklifinə ziddir.

Xatırladaq ki, ABŞ prezidentinin mətbuat katibi Cen Psaki Rusiyaya qarşı növbəti sanksiyaların nə vaxt tətbiq oluna biləcəyini deməyib. Lakin CNN kanalının ehtimalına görə, Ağ Ev belə bir addımı artıq gələn həftə ata bilər.

ABŞ-da prezident seçkiləri ötən il noyabrın 3-də keçirilib və həmin seçkilərdə demokrat Co Bayden qalib gəlib. Ağ Ev tərəfindən seçkilərə "müdaxilə" ittihamları dəfələrlə səsləndirilsə də Rusiya bu ittihamları dəfələrlə təkzib edib.

 

Teqlər:
cavab, ittiham, müdaxilə, seçki, ABŞ, Rusiya

Əsas mövzular