Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Qazprom" Ermənistana qazı Azərbaycan ərazisindən ötürəcək

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidОАО "Газпром"
ОАО Газпром - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Təmir işləri üç həftəyə qədər uzana bilər. İşlər bişdikdən sonra, qazın nəqli yenidən əvvəlki marşrut üzrə həyata keçiriləcək. Qazın Azərbaycan ərazisi ilə nəqli barədə müqavilə "Qazprom" və SOCAR arasında imzalanıb

BAKI, 17 mart — Sputnik. Rusiya Ermənistana təbii qazı müvəqqəti olaraq Azərbaycan ərazisindən keçməklə nəql edəcək. Bu, "Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərində həyata keçiriləcək təmir işləri ilə bağlıdır. Bu barədə Sputnik Azərbaycan "Qazprom Eksport"un mətbuat xidmətinə istinadən xəbər verir. Adı çəkilən kəmər vasitəsilə təbii qaz Ermənistana Gürcüstan ərazisindən ötürülür.

""Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən ötürüləcək. Martın 16-da "Qazprom Eksport" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bununla bağlı qısamüddətli müqavilə imzalayıblar", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbərdə o da qeyd olunur ki, "Şimali Qafqaz - Zaqafqaziya" magistral qaz kəmərinin Rusiya ərazisindən keçən hissəsində aparılacaq təmir işləri dövründə təbii qaz Azərbaycan ərazisindən Gürcüstan sərhədinə qədər nəql olunacaq.

Təmir işlərinin müddəti üç həftəyə qədər çəkə bilər. İşlər yekunlaşdıqdan sonra qazın nəqli yenidən əvvəlki marşrut üzrə həyata keçiriləcək

Xəbər lenti
0