10:16 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
RUSİYA
Qısa URL
15 0 0

"Ötən 100 il ərzində öz siyasi və tarixi əhəmiyyətini itirməmiş Moskva müqaviləsinin ruhuna və prinsiplərinə riayət edilməsi Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında münasibətlərin gələcək ardıcıl inkişafına xidmət edir".

BAKI, 16 mart — Sputnik. Rusiya bütün istiqamətlərdə Türkiyə ilə konstruktiv qarşılıqlı əməkdaşlığı artırmağa hazırdır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova RSFSR höküməti ilə Türkiyə böyük millət məclisi arasında imzalanmış Dostluq və qardaşlıq haqqında müqavilənin 100 illiyi ilə bağlı açıqlamasında deyib.

Rusiya xarici siyasət idarəsindən verilən məlumata görə, adı çəkilən sənəd iki ölkə arasında müasir münasibətlərin təməlini qoymuş əsas sənədlərdən biridir.

"Biz bütün istiqamətlərdə Türkiyə ilə konstruktiv qarşılıqlı əməkdaşlığı artırmağa, ticarət-iqtisadi və investisiyalar sahəsində əməkdaşlığı genişləndirməyə, perspektiv energetika, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə, mədəni-humanitar mübadilənin və insanlar arasında əlaqələrin təkmilləşdirilməsinə hazırıq", - deyə Zaxarova bildirib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, "ötən 100 il ərzində öz siyasi və tarixi əhəmiyyətini itirməmiş Moskva müqaviləsinin ruhuna və prinsiplərinə riayət edilməsi Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında münasibətlərin gələcək ardıcıl inkişafına xidmət edir".

Teqlər:
Moskva, Rusiya, Türkiyə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Mariya Zaxarova

Əsas mövzular