Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada ən çox qaçırılan avtomobillərin siyahısı

© pixabay / TheDigitalWayАвтомобильный вор, фото из архива
Автомобильный вор, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Bu arada sığorta şirkətlərindən bildirilib ki, ümumilikdə avtomobil qaçırılma hallarında azalma qeydə alınıb.

BAKI, 13 mart — Sputnik. Bu ilin fevral ayında Rusiyada ən çox qaçırılan avtomobil markaları "Hyundai", "Kia" və "Toyota" olub. Sputnik Azərbaycan-a "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın sığorta şirkətləri məlumat yayıb.

Belə ki, liderlər siyahısında "Hyundai" şirkətinin "Creta", "Tucson", "Solaris" "Kia"nın Optima", "Sportage" və "Toyota"-nın "Camry" moderlləri yer alıb.

Bundan əlavə, siyahıda "Range Rover", "Lexus", "Mercedes-Benz" modelləri də yer alıb.

Bu arada sığorta şirkətlərindən bildirilib ki, ümumilikdə avtomobil qaçırılma hallarında azalma qeydə alınıb.

Xəbər lenti
0