15:28 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
23 0 0

"Avrasiya İqtisadi Birliyi çərçivəsində milli valyutalarla hesablaşmalar 74 faziə qədər artırılıb. Çin və Türkiyə ilə milli valyuta ticarətimizi də sistematik şəkildə çoxaldırıq".

BAKI, 11 mart — Sputnik. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin jurnalistlərə açıqlamasında bildirib ki, Moskva dollardan asılılığı tədricən aradan qaldıracaq.

"Məsələn, Avrasiya İqtisadi Birliyi çərçivəsində milli valyutalarla hesablaşmalar 74 faziə qədər artırılıb. Çin və Türkiyə ilə milli valyuta ticarətimizi də sistematik şəkildə çoxaldırıq", - deyə o vurğulayıb.

Aşağı palatanın sədri onu da xatırladıb ki, fevralın sonunda Rusiya Milli Rifah Fondunun valyuta quruluşunu dəyişdirərək Yaponiya yeni və Çin yuanını da fonda daxil edib. Eyni zamanda, Volodin vurğulayıb ki, ABŞ dolları və avronun payı 45%-dən 35%-ə qədər düşüb, funt-sterlinqin payı isə 10% səviyyəsində qalıb.

Bir qədər bundan əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko RİA Novosti-yə verdiyi müsahibədə ABŞ dollarının Rusiyada dövriyyədə qalacağını, ancaq iqtisadiyyatın ondan asılılığının azaldılmalı olduğunu bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, Rusiyanın qızıl və valyuta ehtiyatlarının dollardan asılılığı aşağıdır, ancaq digər gözəçarpan nəticələr də var: son on ildə Moskvanın ABŞ-ın dövlət öhdəliklərinə yatırımları 30 dəfə azaldılıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə "Bloomberg"ə verdiyi müsahibədə bildirmişdi ki, istənilən əməliyyatlarda dolların rolunu azaltmaq, "davamlı düşmənçilik fəaliyyətinin bu zəhərli mənbəyindən asılılığı" aradan qaldırmaq" Rusiya üçün vacibdir.

 

Teqlər:
Avrasiya İqtisadi İttifaqı, dollar, Rusiya

Əsas mövzular