15:25 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (668)
6 0 0

Rusiyada pandemiya yayılandan 90734 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 959 533- ə çatıb

BAKI, 11 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 9270 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 459 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 342 474-ə çatıb. Rusiyada pandemiya yayılandan 90734 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 959 533-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 118 milyonu keçib, 2,61 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)

Əsas mövzular