04:09 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
RUSİYA
Qısa URL
20 0 0

Ukrayna Prezidenti Slovakiyanın "Hospodárske" nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri məhduddur

 

BAKI, 9 mart — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, əgər Ukraynanın şərqində, Donbasda münaqişənin nizamlanması üzrə "Normand sammiti" baş tutmasa, o hər bir liderlə ayrı-ayrılıqda görüşmək imkanı tapacaq. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, ötən il Ukrayna Prezidenti Slovakiyanın "Hospodárske" nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri məhduddur.

"Bizim Prezident Putinlə müxtəlif formatlarda ünsiyyətimiz var – bu həm Normand dördtərəfli formatı və ikitərəfli formatdır: ehtiyac olarsa isə biz birbaşa danışırıq. Bu, nəinki yalnız Ukrayna, həm də bütün Avropa üçün əhəmiyyətli, vacib qərarlar tapmağa imkan verir. Rusiya Prezidenti ilə kommunikasiya məhduddur, lakin predmetlidir. Perfeksionist olaraq mən bizim dialoqumuzdan daha böyük effektivlik istəyərdim", - deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Ukrayna üzrə danışıqların "Normandiya" formatı (Rusiya, Ukrayna, Fransa və Almaniya) 2014-cü ilin iyunundan mövcuddur. Həmin vaxt müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 70 illiyi münasibətilə keçirilən bayramın gedişində dörd ölkə lideri ilk dəfə Donbasda nizamlanmanı müzakirə ediblər.

Teqlər:
görüş, Vladimir Putin, Vladimir Zelenski, Rusiya, Ukrayna

Əsas mövzular