18:09 13 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
RUSİYA
Qısa URL
33 0 0

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova: "Müxtəlif politoloji qiymətləndirilmələr var, lakin bizim mövqeyimiz dəyişməzdir".

BAKI, 4 mart — Sputnik. Rusiya Ermənistanın daxili işlərinə qarışmır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

"Bu (Ermənistanda baş verənlər –red.) suveren dövlətin daxili işidir, bu ölkədə siyasi prosesdir. Heç bir digər qiymətləndirmə ola bilməz", - deyə Zaxarova Rusiyanın Ermənistandakı hadisələrlə bağlı mövqeyinə dair sualı cavablandırarkən bildirib.

Ermənistandakı vəziyyətin nizamlanması üçün Rusiya vasitəçi ola bilərmi sualına cavab verən Zaxarova bir daha vurğulayıb ki, baş verənlər suveren dövlətin daxili işləridir: "Müxtəlif politoloji qiymətləndirilmələr var, lakin bizim mövqeyimiz dəyişməzdir".

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

Əsas mövzular