12:47 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
21 0 0

"Əgər bizim yayımladığımız mətnə diqqətlə baxsaydınız, ehtimal ki, orada Rusiya prezidentinin problemin qanun çərçivəsində həllinə tərəfdar olduğunu göstərən sözlərini oxumaq fürsəti tapardınız", - Peskov.

BAKI, 26 fevral — Sputnik. "Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla dünənki söhbətində bu ölkədə vəziyyətin qanun çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirib", – bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Əgər bizim yayımladığımız mətnə diqqətlə baxsaydınız, ehtimal ki, orada Rusiya prezidentinin problemin qanun çərçivəsində həllinə tərəfdar olduğunu göstərən sözlərini oxumaq fürsəti tapardınız. Bu, çox vacibdir. Biz bu barədə kifayət qədər informativ xülasə verdik", - Peskov jurnalistlərin Rusiya və Ermənistanın Putin və Paşinyan arasında dünən baş tutmuş telefon danışığına dair yaydıqları rəsmi məlumatlarda fikir ayrılığının olması barədə sualını cavablandırarkən belə deyib.

Qeyd edək ki, Ermənistan hökumətinin veb saytında "Prezident Putin Ermənistanın qanuni hakimiyyətini dəstəklədiyini bildirdi" şəklində məlumat yer alsa da, Kremlin açıqladığı mətndə dəstəklə bağlı heç bir qeydə rast gəlinməmiş, yalnız Putinin Ermənistanda asayişi və sakitliyi qorumağa, vəziyyəti qanun çərçivəsində tənzimləməyə çağırdığı ilə bağlı sözləri öz əksini tapmışdı.

Xatırladaq ki, dünən Ermənistanda baş vermiş dövlət çevrilişinə cəhddən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng vurub.

 

Teqlər:
Vladimir Putinin köməkçisi Dmitri Peskov, Dmitri Peskov, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Vladimir Putin, Putin

Əsas mövzular