Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova rusiyalı sülhməramlıların Qarabağdakı əsas vəzifəsini açıqlayıb

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова
Официальный представитель Министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
Zaxarova həmçinin bildirib ki, əraziyə hər bir buraxılış halını sülhməramlılar bütün münaqişə tərəfləri ilə birlikdə araşdırırlar.

BAKI, 26 fevral — Sputnik. Rusiya sülhməramlı missiyasının Qarabağda birinci vəzifəsi bölgədə davamlı sülhün təmin olunması və normal həyatın bərpa olunmasıdır.

Bu barədə ənənəvi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Ən əsası davamlı sülh, insanların qayıtması və normal həyatın qurulmasıdır. Bura hələ ki, çoxsaylı olan məsələlərin həllinə mərhələli keçid də daxildir", – deyən Zaxarova əlavə edib ki, rusiyalı sülhməramlılar məhz bu vəzifəni yerinə yetirirlər.

Zaxarova həmçinin bildirib ki, əraziyə hər bir buraxılış halını sülhməramlılar bütün münaqişə tərəfləri ilə birlikdə araşdırırlar.

"Əlbəttə, biz hamımız jurnalistlərin dünyanın bütün nöqtələrində işləyə bilməsinin, həm də turistlərin getməsinin tərəfdarıyıq. Lakin bəzi reallıqlar və hamımızın həllinə diqqətimizi cəlb etməli olduğumuz real məqsəd var", - deyə RF XİN nümayəndəsi yekunlaşdırıb.

Xəbər lenti
0