22:47 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
RUSİYA
Qısa URL
31 0 0

Vladimir Jirinovski ruslara çəki məhdudiyyəti qoyulmasını istəyir. Onun fikrincə, hökumət artıq çəkisi olan vətəndaşlara pul sərf edir, arıqlara isə yox

BAKI, 21 fevral - Sputnik. Rusiyanın Liberal-demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkə vətəndaşları və məmurlarına ayrı-ayrı çəki məhdudiyyətinin tətbiq olunmasını istəyir. 

Onun sözlərinə görə, hökumət artıq çəkisi olan vətəndaşların "müalicəsi və pəhrizinə" xeyli pul sərf etməyə məcburdur. 

"Bu halda isə özlərini normal hiss edən adamlar hökumətin yardımından məhrum olurlar. Mən hələ 2014-cü ildə demişdim, yeddi il qabaq: gəlin 80 kq hədd təyin edək", - siyasətçi "Komsomolskaya Pravda" radiosunun efirində deyib. 

Məmurlara gəlincə isə Jirinovskinin fikrincə, onlar 100 kq-dan ağır olmamalıdırlar.

"Məmurun çəkisi 100 kq olmalıdır, artıq yox. 120, 150 kq nə deməkdir?" - parlamentari sual edib.

Piylənmənin profilaktikası qismində isə Jirinovski hökumətə adamlara sağlam həyat tərzi barədə tövsiyələr verməyi məsləhət görüb.

Bundan öncə Jirinovski iri şəhərlərdə gənclər üçün fahişəxanalar açılmasını təklif etmişdi. Onun fikrincə, bu yolla qanunsuz aksiyalara çıxan gənclərin aqressivliyini 2-3 dəfə azaltmaq olar.

Əsas mövzular