22:38 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
RUSİYA
Qısa URL
9 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 110,3 milyonu keçib, 2,44 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 19 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 13433 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 470 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4139031-ə çatıb. Rusiyada pandemiya yayılandan 82396 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3679949-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 110,3 milyonu keçib, 2,44 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular