13:46 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
RUSİYA
Qısa URL
14 0 0

10 gün əvvəl Mixail Boyarskiyə koronavirus vaksini vurulub. Vaksindən sonra 71 yaşlı aktyorun vəziyyəti pisləşib. Sankt-Peterburqda xəstəxanaya yerləşdirilən Mixail Boyarskinin huşunun özündə olduğu və hazırda səhhətinin stabilləşdiyi deyilir

BAKI, 16 fevral — Sputnik. RSFSR Xalq artisti, görkəmli teatr və kino xadimi Mixail Boyarski xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə sənətkarın həyat yoldaşı Larisa Luppian məlumat yayıb. Onun sözlərinə görə, 10 gün əvvəl Mixail Boyarskiyə koronavirus vaksini vurulub. Vaksindən sonra 71 yaşlı aktyorun vəziyyəti pisləşib.

Sankt-Peterburqda xəstəxanaya yerləşdirilən Mixail Boyarskinin huşunun özündə olduğu və hazırda səhhətinin stabilləşdiyi deyilir.

Əsas mövzular