12:51 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (630)
19 0 0

"Rospotrebnadzor"dan bildirilib ki, yeni texnologiya koronavirusun mutasiyalarını və kütləvi test tələb edən digər infeksiyaları aşkarlamaq üçün reaktivlər yaratmağa imkan verir.

BAKI, 15 fevral — Sputnik. "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu dünyada ilk dəfə olaraq koronavirusun "Britaniya" ştammını aşkarlamaq üçün test sistemi işləyib hazırlayıb. Bu barədə qurumun saytında məlumat yer alıb: "Qeydiyyata alındı. Təsdiqlənmiş mutasiyanın klinik nümunələri üzərində aparılan təcrübələr bu cür testlərin yüksək dəqiqliyini sübut edir".

"Rospotrebnadzor"dan bildirilib ki, yeni texnologiya koronavirusun mutasiyalarını və kütləvi test tələb edən digər infeksiyaları aşkarlamaq üçün reaktivlər yaratmağa imkan verir.

Qeyd edək ki, 2020-ci il dekabr ayının ortalarında Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni mutasiyasının ortaya çıxdığı məlum oldu. Daha sonra Böyük Britaniya hakimiyyəti bildirdi ki, bu ştamm daha sürətlə yayılır, odur ki, əhalidən karantin tədbirlərinə daha diqqətlə riayət edilməsi tələb olunur.

Bununla belə, alimlər yeni ştammın daha ölümcül olduğunu və xəstəliyin ağır formada keçməsinə gətirib çıxardığını təsdiqləyən elmi dəlillər tapmadılar. Ancaq Rusiya da daxil olmaqla, bir sıra ölkələr Böyük Britaniyaya təyyarə uçuşlarını dayandırdı.

Xatırladaq ki, "Rospotrebnadzor"un rəhbəri Anna Popova Rusiya peyvəndlərinin COVID-19-un yeni ştammına qarşı təsirli olacağını bildirib.

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (630)
Teqlər:
test, Rusiya, Böyük Britaniya, ştamm, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular