02:40 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (626)
11 0 0

Rusiyada pandemiya yayılandan 80 520 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 607 036-ya çatıb.

BAKI, 15 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 14 207 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 394 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 086 090-a çatıb. Rusiyada pandemiya yayılandan 80 520 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 607 036-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 108,8 milyonu keçib, 2,39 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Mövzu:
Yeni tip koronavirus pandemiyası (626)
Teqlər:
statistika, Koronavirus, epidemiya, COVID-19, Rusiya

Əsas mövzular