Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusdan ölənlərin sayı 80 minə yaxınlaşır

© AFP 2023 / PATRICIA DE MELO MOREIRAТело человека, умершего от COVID-19
Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan, 1920, 13.02.2021
Abunə olmaq
Rusiyada pandemiya yayılandan 79696 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3577907-yə çatıb.

BAKI, 13 fevral — Sputnik. Son bir sutka ərzində Rusiyada 14861 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 502 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 4057698-ə çatıb. Rusiyada pandemiya yayılandan 79696 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3577907-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 108,1 milyonu keçib, 2,38 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0