Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Qərbin Rusiyanı istifadə etmək istəməsi barədə

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Qərb Rusiyanı özünün iddia etdiyi "ümumbəşəri dəyərlərin interpretasiyası" ilə razılaşmağa məcbur etmək istəyir.

BAKI, 10 fevral — Sputnik. Qərb Rusiyanı öz maraqlarını irəlilətmək üçün rahat meydança kimi istifadə etmək istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Rusiyanın müstəqil olmaq, müstəqil xarici siyasət hüququnu müdafiə etmək, beynəlxalq hüququ müdafiə etmək cəhdləri, bizi itaətkar etmək istəyən Qərb həmkarlarımızın getdikcə daha sərt müqaviməti ilə üzləşir", - deyə nazir qeyd edib.

Lavrov qeyd edib ki, Qərb Rusiyanı özünün iddia etdiyi "ümumbəşəri dəyərlərin interpretasiyası" ilə razılaşmağa məcbur etmək istəyir. Diplomatın sözlərinə görə, onlar Rusiya mədəniyyətinə ziddir, qərb ölkələri isə ictimai-siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə Moskvanı sadəcə öz maraqları çərçivəsində istifadə etmək istəyir.

Xəbər lenti
0