21:09 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
RUSİYA
Qısa URL
175 0 0

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin 1 iyun 2021-ci il tarixinə kimi bu tip evlərin istifadəsi ilə bağlı təklifləri hökumətə təqdim etməyi tapşırıb.

BAKI, 10 fevral — Sputnik. Rusiyada yeni növ yaşayış yeri – hausbotlar və ya suda özü hərəkət edə bilən qayıq-evlər yaratmaq planlaşdırılır. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin 1 iyun 2021-ci il tarixinə kimi bu tip evlərin istifadəsi ilə bağlı təklifləri hökumətə təqdim etməyi tapşırıb. Bu barədə Nazirlər Kabineti rəhbərinin Kareliyaya işgüzar səfərinin ardından hökumətin internet saytında məlumat yerləşdirilib.

"Su hövzələrində qayıq-evlərin istifadəsi ehtimalı ilə bağlı Rusiya Federasiyası hökumətinə təkliflər göndərilsin", - deyə məlumatda bildirilir. Tapşırığın icrası ilə bağlı məsuliyyət isə Təbii Sərvətlər Nazirliyi, Tikinti Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, "Rosprirodnadzor" və "Rosreyestr" rəhbərliyinin üzərinə düşür.

Qeyd edək ki, bir qədər bundan əvvəl Moskva bölgəsinin üç su anbarı hövzəsində hausbot və riverhauslardan (pontonlar üzərində qurulmuş yaşayış konstruksiyaları) ibarət qəsəbələrin salınması planlaşdırılmışdı. Layihəyə əsasən, bu üzən qəsəbələrin hər biri sahəsi 100 kvadratmetrdən 160 kvadratmetrə qədər olan 15-30 hausbotdan ibarət olmalı idi. Bir belə qəsəbənin salınması üçün təxminən bir hektar su səthinə ehtiyac var.

Əsas mövzular