20:56 02 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
RUSİYA
Qısa URL
28 0 0

XİN rəsmisinin fikrincə, cəza tədbiri baş tutmayıb, çünki Rusiya tərəfi problemlərdən inkişaf perspektivlərinə qədər real məsələləri müzakirə etməyi təklif edib.

BAKI, 9 fevral — Sputnik. Avropa İttifaqı Cozep Borrellin Moskvaya səfəri vaxtı Rusiyaya "ictimai cəza" vermək istəyirdi, amma alınmadı – bunu Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Rusiya paytaxtında üç gün - fevralın 4-dən 6-dək qalıb. Səfərdən sonra bildirib ki, fevralın 22-də keçiriləcək Avropa xarici işlər nazirlərinin toplantısında iştirakçılar Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə dair qərar verə bilərlər.

"Bizim qərbli tərəfdaşlarımızla bağlı sizə bir sirr açım: onlar kimisə cəzalandıra bilməyəndə isterika keçirirlər. Onun (Borrellin - red.) vəzifəsi bu ictimai cəzanı həyata keçirmək idi və mənə elə gəlir ki, çox dəqiqliklə planlaşdırılmışdı. Mitinqlərdən danışmaq, jurnalistlərdən danışmaq, Navalnını əsas mövzuya çevirmək... Bir sözlə, aləmi qatıb-qarışdırıb sonra razı halda çıxıb getmək", – deyə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Vesti FM"-in efirində Borrellin Rusiyaya səfərini şərh edərkən bildirib.

Onun fikrincə, cəza tədbiri baş tutmadı, çünki "Rusiya tərəfi problemlərdən inkişaf perspektivlərinə qədər real məsələləri müzakirə etməyi təklif etdi".

Qeyd edək ki, bir gün əvvəl Xarici İşlər Nazirliyindən məsələni şərh edərkən bildirmişdilər ki, Borrellin Brüsselə qayıdan vaxt Rusiya əleyhinə söylədiyi tənqidi fikirlər onun səfər müddətindəki çıxışları ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, keçən həftə Moskva razılaşdırılmamış aksiyalarda iştirak etmiş İsveç, Polşa və Almaniya diplomatlarını "persona non grata" elan edib, onlar tezliklə Rusiyanı tərk etmək məcburiyyətindədirlər. Buna cavab olaraq həmin ölkələr üç rus diplomatını geri göndərib. Rusiya Xarici İşlər Nazirliyindən isə bunu cavab reaksiyası hesab etmədiklərini bildiriblər.

 

Teqlər:
Avropa, Rusiya, Mariya Zaxarova

Əsas mövzular