Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycandan alma tədarükünə qoyulan qadağanı ləğv edib

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
"Rosselxoznadzor" 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.

BAKI, 5 fevral - Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Rosselxoznadzor"un açıqlamasında bildirilir. 

Məlumatda qeyd olunur ki, fevralın 4-də videokonfrans formatında "Rosselxoznadzor"la Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri arasında danışıqlar keçirilib.

Rosselxoznadzor bildirib ki, aparılan videokonfrans da nəzərə alınmaqla Azərbaycanın səlahiyyətli İdarəsindən əldə edilən məlumatlar əsasında fevralın 8-dən 28 müəssisədən Rusiyaya almaların gətirilməsinə icazə verir.

Bundan əvvəl sözügedən icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi. Beləliklə, hazırda 38 Azərbaycan şirkətinin Rusiyaya alma ixrac etməyə icazəsi mövcuddur.

 

Xəbər lenti
0