Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Butina Rusiya XİN-in qarşısında təkbaşına etiraz aksiyası keçirdi

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidОдиночный пикет в защиту свободы слова в Москве
Одиночный пикет в защиту свободы слова в Москве - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
"Latviyada ruslara və jurnalistlərə qarşı baş verən qanunsuzluqlara diqqət cəlb etmək üçün buradayam. Söhbət 7 jurnalistdən gedir, onlara qarşı dekabrın 3-də sərt təzyiqlər olub, cinayət işi açılıb".

BAKI, 2 fevral — Sputnik. Rusiya İctimai Palatasının üzvü, Amerika həbsxanasından azadlığa buraxılmış Mariya Butina Xarici İşlər Nazirliyinin Qəbul Evinin yaxınlığında söz azadlığı böhranına və Latviyada rusdilli jurnalistlərə təzyiq göstərilməsinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün təkbaşına piket keçirib. Bu barədə RİA Novosti məlumat yayıb.

Aksiya Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in fəaliyyətdə olan sədri qismində Moskvaya rəsmi səfərə gəlmiş isveçli həmkarı Ann Linde ilə görüşü ərəfəsində baş tutub.

"Latviyada ruslara və jurnalistlərə qarşı baş verən qanunsuzluqlara onun (Lindenin-red.) diqqətini cəlb etmək üçün buradayam. Söhbət 7 jurnalistdən gedir, onlara qarşı dekabrın 3-də sərt təzyiqlər olub. Rusiya KİV-ləri ilə əməkdaşlıq etdikləri üçün onlara cinayət işi açılıb", – deyə Butina jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Latviya hakimiyyəti bu yolla insanları susdurmağa və alternativ fikirlərin yayılmasının qarşısını almağa çalışır.

"Yalnız bir nəzər nöqtəsinin hakim olduğu dünyanı təsəvvür etmək qorxuncdur. Ona görə də bu gün buradayam", – deyə Butina əlavə edib.

O, dəfələrlə Avropa vətəndaşlarının hüquq və azadlıqlarının qarantı kimi çıxış edən ATƏT-ə müraciət etdiyini xatırladaraq bu vəziyyətə aydınlıq gətirilməsini istədiyini, ancaq cavab almadığını bildirib.

Qeyd edək ki, bir qədər bundan əvvəl Butina Rusiyanın İnsan Hüquqları Şurasının üzvü, "Rossiya Seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski ilə birlikdə Latviyanın Moskvadakı səfirliyinin qarşısında da etiraz aksiyası keçirmişdi.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayının 3-də Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Riqada "Sputnik Latviya" və "Baltnews"-la əməkdaşlıq edən jurnalistlərlə bağlı xüsusi əməliyyat keçirib. Rusdilli jurnalistlərə qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə (beynəlxalq təşkilatların sanksiyalarına əməl etməmək) ittiham irəli sürülüb. Bununla əlaqədar jurnalistlər dindirilib, onların evlərində axtarış aparılıb və ölkədən çıxmamaları barədə dillərindən iltizam alınıb.

Hadisə baş verdiyi vaxt Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək Latviya Dövlət Təhlükəsizlik Xidmətinin Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin pozulması kimi qiymətləndirib.

"Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov isə Latviya hakimiyyət orqanlarının jurnalistlərə qarşı hərəkətini "AB sanksiyalarının yersiz yozumu" kimi dəyərləndirib.

 

Xəbər lenti
0