12:37 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
RUSİYA
Qısa URL
28 0 0

Rusiya XİN-lə ABŞ-ın dövlət katibinin sözləri çəp gəlib. Moskvanı insan haqları üzrə beynəlxalq hüquqa riayət etməyə səsləyən diplomatlara XİN ikili standartları xatırladıb

BAKI, 31 yanvar - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Amerikanın Moskvadakı səfirliyinin Rusiyadakı razılaşdırılmamış aksiyalar barədə bəyanatına cavab verib və ikili strandartları xatırladıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, diplomatik missiya Twitter-də Rusiya hökumətinin yeni etirazlardan öncə bir sıra fəalları həbs edərək Moskvanın mərkəzini qapatdığını yazıb. Diplomatlar bu xüsusda Rusiyanı insan hüquqları sahəsində beynəlxalq hüquqa riayət etməyə səsləyiblər. 

Blinkensə yazıb ki, "ABŞ iki həftə dalbadal Rusiya hökumətinin dinc etirazçılara və jurnalistlərə daim təzyiq göstərməsini qınayır". 

"Diplomatik peşə nümayəndələrinə xas olmayan tərzdə qeydinə qaldığınız "mitinqlər" "planlaşdırılmamış" deyil, qeyri-qanunidir. Belə hallarda ABŞ-da necə davrandıqlarından hər kəsin xəbəri var - atəş açıb öldürürlər. İkili standartlar və ikiüzlülük həyat kredonuzdur?" - səfirliyin bəyanatına cavab olaraq Rusiya XİN Facebook-da yazıb.

XİN ABŞ-dan suveren ölkələrin daxili məsələlərinə qarışmamağı tələb edib. 

"ABŞ-ın Rusiyanın daxili işlərinə kobudca müdaxiləsi Vaşinqtonun nəzarəti altında olan internet platformaların razılaşdırılmamış aksiyalara təhrik etməsi və feyklərin təşviqatı kimi sübut olunmuş faktdır. ABŞ-ın dövlət katibi Entoni Blinkenin qanunun pozulmasını dəstəkləməsi isə Vaşinqtonun pərdəarxası oyunlarının daha bir təsdiqidir. Şübhəsiz ki, etirazların təşviq edilməsi Rusiyanın əl-qolunu bağlamaq strategiyasının bir hissəsidir", - XİN bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın bir çox şəhərlərində, eləcə də paytaxtda razılaşdırılmamış etiraz aksiyaları keçirməyə cəhdlər olub. Polisin məlumatına görə, Moskvada 2000-dək insan etiraz aksiyasına çıxıb, xeyli adam tutularaq bölməyə aparılıb. Ölkə üzrə saxlanılanlar arasında 60-dək jurnalist var.

Rusiyanın müxtəlif şəhərlərində bu cür razılaşdırılmamış etiraz aksiyaları yanvarın 23-də də keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

Teqlər:
Aleksey Navalniy, etirazlar, ABŞ səfirliyi, dövlət katibi, ABŞ, Rusiya XİN

Əsas mövzular