20:27 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
RUSİYA
Qısa URL
13 0 0

Moskvanın mərkəzində vəziyyət ümumilikdə sakit olsa da, metro stansiyalarının yanında polislər keşik çəkirlər

BAKI, 31 yanvar - Sputnik. Moskvada keçirilən razılaşdırılmamış etiraz aksiyası başa çatıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, paytaxt polisinin hesablamalarına görə, aksiyada iki minədək insan iştirak edib. 

Qeyd olunur ki, Komsomol meydanında, eləcə də "Krasnoselskaya" və "Baumanskaya" stansiyaları yaxınlığında toplaşanlar metroya düşərək dağılışıblar. 

Hazırda polis Komsomol meydanındakı kordonu götürür. Moskvanın mərkəzində vəziyyət ümumilikdə sakit olsa da, metro stansiyalarının yanında polislər keşik çəkirlər. 

Qanunsuz aksiyanın təşkilatçıları insanları Lubyana meydanına səsləyirdilər. Bu meydan əvvəlcədən polis tərəfindən əhatə olunmuşdu. Yaxınlıqdakı "Çistıye prudı" və "Trubnaya" metro stansiyaları ətrafında görünən etirazçıları polis saxlayırdı. Bunu görən etirazçılar "Krasnıye vorota" stansiyası ilə Suxarev meydanına axışmağa başladılar. Ancaq polis onları oradan da sıxışdırdı. 

Etirazçılar Komsomol meydanından "Matrosskaya Tişina" istintaq təcridxanasına doğru yürüş etdilər (Aleksey Navalnı orada saxlanılır - red.). Yolboyu onlar hərəkəti bağlayır, polislərlə dalaşır, onlara qartopu atırdılar. Mitinq edənlərin bir hissəsi saxlanıldı. Qalanları Komsomol meydanına qayıtdı. Ancaq burada polis OMON-la birlikdə yenidən mitinq keçirilməsinin qarşısını aldı.

Rusiyanın müxtəlif şəhərlərində bu cür razılaşdırılmamış etiraz aksiyaları yanvarın 23-də də keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

 

Teqlər:
Aleksey Navalniy, Moskva, etiraz aksiyası

Əsas mövzular