13:49 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
RUSİYA
Qısa URL
23 0 0

Putin strateji hücum silahları barədə müqavilənin vaxtını uzatdı. Kremldə qeyd ediblər ki, razılaşmanın uzadılması Rusiyanın maraqlarına cavab verməklə yanaşı, ABŞ-la münasibətlərin şəffaflığını qorumağa imkan yaradacaq

BAKI, 29 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin cümə günü Strateji Hücum Silahları haqda Müqavilənin (SHS-3) müddətini 5 il müddətinə uzadıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə  Kremlin saytı məlumat yayıb. 

"Prezident Rusiya Federasiya ilə Amerika Birləşmiş Ştatları arasında "2010-cu il 8 aprel tarixli strateji hücum silahlarının məhdudlaşdırılması və azaldılması tədbirləri üzrə Müqavilənin uzadılması barədə Razılaşmanın ratifikasiyası" haqda Federal Qanunu imzalayıb", - məlumatda deyilir.

Kremldə qeyd ediblər ki, razılaşmanın uzadılması Rusiyanın maraqlarına cavab verməklə yanaşı, ABŞ-la münasibətlərin şəffaflığını qorumağa, eləcə də bütün dünyada sabitliyi saxlamağa imkan yaradacaq. Bundan başqa, müqavilə nüvə tərk-silahına da təkan verəcək.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatmalı idi.

Teqlər:
Vladimir Putin, ABŞ, Rusiya, silah, müqavilə, nüvə anlaşması, nüvə silahı

Əsas mövzular