Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin dünya birliyini Qarabağa yardım etməyə çağırdı

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ В. Путин выступил на сессии онлайн-форума "Давосская повестка дня 2021"
Президент РФ В. Путин выступил на сессии онлайн-форума Давосская повестка дня 2021 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya tərəfindən Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanı dayandırmaq üçün aktiv vasitəçilik səyləri göstərilib.

BAKI, 27 yanvar — Sputnik. Dünya birliyi Dağlıq Qarabağa humanitar yardım etməlidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

"Dünya birliyi və şübhəsiz ki, münaqişənin həllində iştirak edən ölkələr qarşısında zərərdəyən rayonlara yardım etmək, qaçqınların qayıdışı ilə bağlı humanitar problemlərin həlli, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması və bərpası ilə bağlı vəzifə durur", - deyə Putin qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfindən Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanı dayandırmaq üçün aktiv vasitəçilik səyləri göstərilib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0