15:25 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
RUSİYA
Qısa URL
25 0 0

"Əvvəl də belə olub, bizim "TU-95" "strateq"lərimizin yaradılmasından artıq yarım əsr keçsə də, onlar hələ də qarşısına qoyulan tapşırıqları yerinə yetirir".

BAKI, 14 yanvar — Sputnik, Nikolay Protopopov. Strateji raket daşıyıcıları Tu-160 və Tu-95 hələ də Rusiyanın nüvə üçlüyünün əsas arqumenti olaraq qalır, lakin müntəzəm şəkildə təkmilləşdirilməsinə baxmayaraq, resursları məhduddur. Bu təyyarələr Perspektivli Uzun Mənzilli Aviasiya Kompleksi (PUM AK) ilə əvəz olunacaq. Müdafiə Nazirliyi artıq onun zahiri görünüşünə qərar verib və mühərrik sınaqlarına 2021-ci ildə başlanacaq. Daha ərtaflı - RİA Novosti-nin növbəti materialında.

"Uçan qanad"

Rusiya Müdafiə Nazirliyində belə hesab edirlər ki, PUM AK mövcud dövlət proqramı çərçivəsində, başqa sözlə, 2027-ci ilin sonuna kimi silahlanmaya qəbul oluncaq. Hərbçilər yeni təyyarənin istehsal üçün zəruri olan eskizləri təsdiqləyib, xarakteristikasını razılaşdırıb və müqavilə sənədlərini imzalayıblar.

Bombardımançının daha mükəmməl nümunəsinin yaradılması barədə keçən ilin may ayında xəbər verilmişdi, dekabr ayında isə təyyarə üçün yığılmış ilk mühərrik barədə məlumat yayıldı.

"Kuznetsov Birləşmiş Mühərrik Korporasiyası"nın direktoru Aleksey Sobolyov bildirib ki, PUM AK ilin əvvəlinə planlaşdırılan zavod sınaqlarına hazırlanır.

Paralel olaraq daha bir neçə mühərrik yığılır – onlar həm uçuş şəraitini əks etdirən stenddə, həm də uçan laboratoriyada sınaqdan keçiriləcək. Layihə məxfi xarakter daşıdığından, bu barədə geniş məlumat yoxdur, ancaq gələcəyin təyyarələrində stels-texnologiyalardan geniş istifadə olunduğu məlumdur. Daha güclü, səmərəli və qənaətli mühərriklər uçuş müddətini 30 saata qədər artıracaq (Tu-160 – 25-də).

Dizaynerlər fərqli füzelyaj (gövdə) sxeminə üstünlük verib - PUM AK "uçan qanad" (yəni, quyruqsuz təyyarə) prinsipinə əsasən yaradılıb. Bu təyyarənin döyüş qabiliyyətlərini artıraraq manevr imkanlarını çoxaldacaq. Rusiyanın əməkdar hərbi pilotu Vladimir Popovun RİA Novosti-yə izah etdiyi kimi, bu cür tərtibat həm də təyyarənin az nəzərə çarpmasını təmin edir.

"Təyyarədə bütün yük qanad üzərində bərabər paylanır, qanadın geniş arxa hissəsi isə işlənmiş qazların çıxması üçün borunu örtür. Bundan başqa, dizayn daha çox yanacaq, döyüş sursatı və elektron avadanlıq götürməyə imkan verəcək", – deyə o bildirib.

PUM AK ən müasir elektronik cihazlarla təchiz ediləcək və bir növ gələcəyi qabaqlayacaq.

"Əvvəl də belə olub, bizim "TU-95" "strateq"lərimizin yaradılmasından artıq yarım əsr keçsə də, onlar hələ də qarşısına qoyulan tapşırıqları yerinə yetirir", – deyə Popov vurğuylayıb.

Elektron avadanlıqlar və avtomatlaşdırılmış sistemlər təyyarələrin manevr qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və onların idarə olunmasını asanlaşdıracaq.

Soyuq müharibənin veteranları

Bununla belə, perspektivli "strateq"lərin kütləvi istehsalından danışmaq hələ tezdir. Zamanla sınaqdan keçirilmiş raket daşıyıcılarının təkmilləşdirilməsi davam edəcək. Beləliklə, 2021-ci ildə xeyli modernləşdirilmiş Tu-160M bombardmançı təyyarələrinin Hərbi Hava Qüvvələrinə çatdırılmasına başlanılmalıdır. Növbəti yeddi ildə bu cür təyyarələrin sayı 1,5 dəfə artacaq.

Yenilənmiş "Ağ Qu quşları", Amerikanın B-1 Lancer səsdən sürətli bombardmançısına cavab olaraq, 1970-ci illərdə inkişaf etdirilən və dünyanın ən güclü səsdən sürətli təyyarəsi olan Tu-160-a əsaslanır. 1992-ci ildə SSRİ Hərbi Hava Qüvvələrində 35 belə təyyarə var idi. İttifaqın dağılmasından sonra onlardan 19-u Ukraynanın sərəncamına keçdi. Rusiya həmin təyyarələrin yalnız 8-ni qaytara bildi.

Rusiyada Tu-160 təyyarələrinin istehsalını yenidən dirçəltmək üçün proqrama 2015-ci ildə başlanılıb. Nizami bombardmançı təyyarə bazasında inşa edilən ilk təcrübəli raket daşıyıcısı keçən ilin fevralında havaya qalxıb. Qalanları sıfırdan inşa ediləcək. Müasir təyyarə sistemləri, idarəetmə və naviqasiya vasitələri, elektron döyüş sistemləri və silahlara nəzarət sistemi də işlənib-hazırlanıb.

Strateji aviasiya sahəsinin daha bir "köhnəlmiş" təyyarəsi Tu-95 bombardmançısıdır. Həmin təyyarələr 1950-ci illərin ortalarından bəri xidmətdədir. Modernləşdirilmiş Tu-95MS isə 1981-ci ildən istehsal olunur - dünyanın yeganə və ən sürətli turbovintli təyyarəsidir. Raket daşıyıcısının maksimum sürəti saatda 830 kilometrdir. Gövdəsindəki 20 tondan çox döyüş yükünü on min kilometrə qədər çatdırmaq qabiliyyətinə malikdir.

Təkmilləşdirilmiş Tu-95MSM keçən ilin yay aylarında ilk uçuşunu etdi. Səsdən ssürətli "160-lar" kimi, Tu-95 də qabaqcıl silah sistemi və göyərtə avadanlığı ilə təchiz ediləcək.

Təyyarə daha böyük resurslara malik elektrik stansiyaları ilə təchiz ediləcək. Yeni modelin yaradıcılarının verdiyi məlumata görə, yeniləndikdən sonra Tu-95-in döyüş xüsusiyyətləri ikiqat artacaq.

Əsas mövzular