17:37 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
10 0 0

18 yaşdan yuxarı olan insanlar peyvənd edilə bilərlər, əgər onlar əks göstəriş siyahısında olan xroniki xəstəliklərə malik deyillərsə, həmçinin son 30 gündə yoluxucu xəstəliyə tutulmayıblarsa. Hamilə və süd verən qadınlara vaksinin vurulması əks göstərişdir.

BAKI, 13 yanvar — Sputnik. Rusiyada gələn həftədən əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılacaq.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin tapşırıq verib.

Rusiya dövlət başçısı müvafiq infrastrukturların hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.

Rusiyada koronavirusa qarşı mülki peyvənd dekabrın əvvəlində start götürüb. İndi insanın adenovirus vektorunun yaxşı öyrənilmiş platforması əsasında Gamaleya adına Mərkəzin yaratdığı "Sputnik V" məhsulu ilə peyvəndləmə mümkündür.

18 yaşdan yuxarı olan insanlar peyvənd edilə bilərlər, əgər onlar əks göstəriş siyahısında olan xroniki xəstəliklərə malik deyillərsə, həmçinin son 30 gündə yoluxucu xəstəliyə tutulmayıblarsa. Hamilə və süd verən qadınlara vaksinin vurulması əks göstərişdir.

İlk növbədə, əsas risk qruplarından olan vətəndaşlar bunlardır: həkimlər, müəllimlər, sosial işçilər, daha sonra çoxfunksiyalı mərkəzlərin əməkdaşları, mədəniyyət müəssisələrinin, ticarət və xidmət sahələrinin, nəqliyyat və energetika, sənaye və KİV-in əməkdaşları, tikinti kompleksinin işçiləri, könüllülər, tələbələr, bank və maliyyə sektorlarının, hakimiyyət orqanlarının və büdcə müəssisələrinin əməkdaşları.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular