18:43 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
RUSİYA
Qısa URL
25 0 0

Siyasi müşavirlərin "Normandiya format"ndakı son görüşü 2020-ci il sentyabrın 11-də Berlində baş tutmuşdu. İclasda Rusiyanı təmsil edən Kozak bildirmişdi ki, tərəflər Donbas probleminin həlli ilə bağlı fikir mübadiləsi aparsalar da, heç bir irəliləyiş əldə olunmayıb.

BAKI, 12 yanvar — Radio Sputnik. Berlində siyasi müşavirlərin "Normandiya formatında" Ukrayna ilə bağlı toplantısı keçiriləcək, Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak artıq Almaniyadadır. Bu barədə RİA Novosti Rusiyanın Berlindəki səfirliyinə istinadla məlumat yayıb.

"Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak siyasi müşavirlərin "Normandiya formatında" keçirilən toplantısında iştirak etmək üçün Berlinə işgüzar səfərə gəlib", - deyə diplomatik nümayəndəlikdən bildirilib.

"Normandiya dördlüyü"nün 2019-cu il dekabrın 9-da Parisdə keçirilən sammitində tərəflər birgə sənəd qəbul edərək dörd ay sonra Berlində görüşmək və Donbasdakı vəziyyəti müzakirə etmək barədə razılığa gəlmişdilər. Sənəddə qeyd olunurdu ki, Minsk razılaşması "Nomandiya format"ı üçün əsas olaraq qalır və 2020-ci ilin mart ayının sonuna qədər Donbasdakı üç yeni nöqtədə qüvvələrin ayrılması nəzərdə tutulur.

Siyasi müşavirlərin "Normandiya format"ndakı son görüşü isə 2020-ci il sentyabrın 11-də Berlində baş tutmuşdu. İclasda Rusiyanı təmsil edən Kozak mətbuata müsahibəsində bildirmişdi ki, tərəflər Donbas probleminin həlli ilə bağlı fikir mübadiləsi aparsalar da, heç bir irəliləyiş əldə olunmayıb.

Qeyd edək ki, 2014-cü ilin aprelində Kiyev həmin ilin fevral ayında Ukraynada baş verən çevrilişdən sonra müstəqilliyini elan etmiş "Luqansk Xalq Respublikası" və "Donetsk Xalq Respublikası"na qarşı hərbi əməliyyata başlamışdı.

Problemin nizamlanması məsələsi Minskdə təmas qrupunun iclasları zamanı da müzakirə olunub. Qrup bölgədə gərginliyi azaltmaq üçün üç sənəd qəbul etsə də, problem həllini tapmayıb.

Bir qədər bundan əvvəl isə Sputnik radiosu Ukraynanın Minsk razılaşmalarının modernləşdirilməsinə çağırış etdiyi barədə məlumat vermişdi.

Əsas mövzular