14:15 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
RUSİYA
Qısa URL
Kremldə Putin, Əliyev, Paşinyan görüşü (25)
5801

İclasda Təşlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici işlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər

BAKI, 10 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Qarabağa görə iclas çağırıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin saytında məlumat yayılıb. İclas RF, Azərbaycan və Ermənistan liderlərinin sammiti ərəfəsində keçirilib.

"İkinci məsələ tamamilə konkretdir, beynəlxalq xarakterlidir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin təmin edilməsi və ümumiyyətlə, Cənubi Qafqazda vəziyyətlə bağlıdır", - Putin iclasda deyib.

İclasda Təşlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici işlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Qeyd edək ki, bu gün Kreml Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacağı barədə məlumat yayıb. Qeyd olunub ki, danışıqlar zamanı Putin, Əliyev və Paşinyan Qarabağdakı nizamlanma prosesini və sonrakı addımları müzakirə edəcəklər. 

Məlumata görə, Putin sabah Əliyev və Paşinyanla ayrı-ayrılıqda söhbət aparmağı da planlaşdırır.

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın sözlərinə görə, sabah Moskvada liderlərin görüşündə Qarabağla, yaxud ərazi məsələləri ilə bağlı sənədlərin imzalanması nəzərdə tutulmur.

Görüşlə bağlı V.Putin ATƏT-in Minsk qrupunun digər həmsədri qismində Fransa Prezidenti Emmanuel Makronu da məlumatlandırıb.

Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü (25)
Teqlər:
Qarabağ, iclas, Vladimir Putin, Rusiya, Moskva

Əsas mövzular