Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avtomobilin arxasına bağlanan kişi digər avtomobilin təkərləri altında can verdi

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidАвтомобиль следственного комитета РФ
Автомобиль следственного комитета РФ - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil sağa dönən zaman "kapot"da olan şəxs digər VAZ avtomobilinin təkərləri altında qalaraq ölüb.

BAKI, 8 yanvar — Sputnik. Rusiyada sərxoş sürücü dostunu VAZ avtomobilinin baqajının üstünə bağlayaraq avtomobili sürdüyü üçün onun ölümünə səbəb olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırda hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.

Hadisə zamanı 28 yaşlı kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparılır.

Hadisə yanvarın 6-da Leninqradın Tosnenski rayonunun İsakovo kəndində baş verib. Polisin verdiyi məlumata görə, hadisə 1993-cü il təvəllüdlü sərxoş şəxs tərəfindən törədilib. Avtomobil sağa dönən zaman baqajın üstündəki şəxs digər VAZ avtomobilinin təkərləri altına qalaraq ölüb. 

Araşdırma zamanı müəyyən edilib ki, qəzaya səbəb olan sürücü avtomobilini sürücülük vəsiqəsi olmadan idarə edirmiş.

Xəbər lenti
0