Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kremldə "Qüllələr müharibəsi" – Putinin dostu ilk dəfə danışdı

© Sputnik / Maksim Blinov / Mediabanka keçidВид на Кремлевскую набережную с Большого Москворецкого моста, фото из архива
Вид на Кремлевскую набережную с Большого Москворецкого моста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün bunlar çox şişirdilib. Təbii ki, mübahisələr – gərgin mübahisələr, sərt mübahisələr mövcuddur, nəyi necə etməyə, prezidentə necə və nəyi təqdim etməyə, prezidentə hansı elementləri təklif etməyə dair müxtəlif baxış bucaqları var.

BAKI, 5 yanvar — Sputnik. Prezident Administrasiyasında "Qüllələrin müharibəsi" yoxdur, mübahisələr və müxtəlif baxış bucaqları var, bu arada Rusiya Prezidenti Vladimir Putinə həmişə alternativ baxış bucağını çatdırmaq olar. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bütün bunlar çox şişirdilib. Təbii ki, mübahisələr – gərgin mübahisələr, sərt mübahisələr mövcuddur, nəyi necə etməyə, prezidentə necə və nəyi təqdim etməyə, prezidentə hansı elementləri təklif etməyə dair müxtəlif baxış bucaqları var. Bu cür mübahisələr var, lakin bu heç bir halda "qüllələrin müharibəsi" deyil. Bu, artıq şişirtmədir", - deyə Peskov "Soloviev Live" Youtube kanalında müsahibəsində bildirib.

O bildirib ki, Rusiya Prezidentinin Administrasiyası "prezidentin işini təmin etmək üçün" tək bir məqsəd adı altında işləyən "canlı bir orqanizm"dir.

Xəbər lenti
0