Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusdan ölənlərin sayı 59 mini keçdi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidЛечение больных с COVID-19 в ЦКБ "РЖД-Медицина"
Лечение больных с COVID-19 в ЦКБ РЖД-Медицина - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3284384-ə çatıb. Rusiyada pandemiya yayılandan 59506 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2662668-ə çatıb.

BAKI, 5 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 24246 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 518 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3284384-ə çatıb. Rusiyada pandemiya yayılandan 59506 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2662668-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 85,7 milyonu keçib, 1,85 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0