17:54 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
51 0 0

Vladimir Korenev Vladimir Çebotarevin çəkdiyi məşhur sovet filmi "Amfibiya adam"da baş rol olan İxtiandrı canlandırıb.

BAKI, 2 yanvar — Sputnik. Rus aktyor Vladimir Korenev 81 yaşında vəfat edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə aktyorun qızı bildirib.

Qeyd edək ki, V. Korenev Vladimir Çebotarevin çəkdiyi məşhur sovet filmi "Amfibiya adam"da baş rol olan İxtiandrı canlandırıb. Film 1962-ci ildə sovet kinoprokatının lideri olub və Korenevə ümumittifaq şöhrəti qazandırıb. "Amfibiya adam" Bakıda çəkilib.

Vladimir Korenev 1940-cı ildə Sevastopolda anadan olub. 1961-ci ildə Stanislavski adına Moskva Dram Teatrının truppasına daxil olub və ömrünün son illərinə qədər orada çalışıb.

Əsas mövzular