Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ruslar da Aya çıxmağa hazırlaşırlar

© AP Photo / Thanassis StavrakisЛуна во время восхода в Греции
Луна во время восхода в Греции - Sputnik Azərbaycan
Abunə olmaq
Roqozin bildirib ki, Ay missiyasının bütün nüanslarına, elementlərinə nəzarət məqsədilə şöbəyə elə özü rəhbərlik edəcək

BAKI, 31 dekabr - Sputnik. Roskosmos-un rəhbəri Dmitri Roqozin bildirib ki, dövlət korporasiyasında Ay missiyaları üzrə şöbə yaradılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Roqozin Yeni il münasibətilə kosmonavtları təbrik edərkən deyib. Təbrikin videoyazısı Roskosmos-un saytında yerləşdirilib.

Roqozin bildirib ki, Ay missiyasının bütün nüanslarına, elementlərinə nəzarət məqsədilə şöbəyə elə özü rəhbərlik edəcək. O hesab edir ki, bu, Rusiya pilotlu kosmonavtikası üçün çox mühüm yeni məsələ və perspektivlər açır.

Bir müddət öncə bildirilirdi ki, Rusiya 2021-ci ildə Aya "Луна-25" stansiyasını göndərməyi planlaşdırır.

Xəbər lenti
0