Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Müharibə tarixini dəyişən PUA-lara qarşı güclü silah hazırlanır

© © U.S. Navy/Erik Hildebrandt/Northrop Grumman/Handout/File Photo via REUTERSАмериканский стратегический разведывательный БПЛА RQ-4 Global Hawk, архивное фото
Американский стратегический разведывательный БПЛА RQ-4 Global Hawk, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda pilotsuz uçuş aparatları, həmçinin düşmənin optik və optik-elektron vasitələri ilə mübarizə üçün lazer komplekleslərinin yaradılması üzrə işlər aparılır

BAKI, 30 dekabr — Sputnik. Rusiya pilotsuz uçuş aparatları ilə mübarizə üçün (PUA) lazer kompleksləri hazırlayır. Sputnik Azərbaycan "Krasnaya zvezda" nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko bildirib.

"Hazırda pilotsuz uçuş aparatları, həmçinin düşmənin optik və optik-elektron vasitələri ilə mübarizə üçün lazer komplekleslərinin yaradılması üzrə işlər aparılır", - deyə Krivoruçko qeyd edib.

Onun sözlərinə görə, yüksək dəqiqlikli silahlarla mübarizə aparmaq üçün zirehli texnikaların lazer kompleksləri və atəş silahları ilə təchiz olunan zirehli texnikanın da istehsalı planlaşdırılır: "Bundan əlavə, PUA-larla mübarizədə onların radioelektron aparatlarının funkisonallığını məhv etmək üçün radiotezlik kompleksi yaradılır".

Xəbər lenti
0