19:10 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
17 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 79,3 milyonu keçib, 1,74 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 25 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 29018 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 563 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2992706-ya çatıb. Rusiyada pandemiya yayılandan 53659 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2398254-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 79,3 milyonu keçib, 1,74 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Rusiya

Əsas mövzular