Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Baş Qərargah rəisi: Cənubi Qafqazda münaqişə potensialı qalır

© Sputnik / Алексей Никольский / Mediabanka keçidНеформальная встреча В.Путина с лидерами ряда стран СНГ
Неформальная встреча В.Путина с лидерами ряда стран СНГ - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorizm və radikal ekstremizmin genişlənməsi, koronavirus infeksiyasının yayılması fonunda davam edən qlobal iqtisadi tənəzzül və bir sıra dövlətlərin destruktiv xarici siyasəti dünyada gərginliyin artmasına səbəb olur

BAKI, 24 dekabr — Sputnik. Mövcud beynəlxalq vəziyyət qlobal və regional təhlükəsizlik problemlərinin daha da kəskinləşməsi ilə xarakterizə olunur, Cənubi Qafqazda münaqişə potensialı qalır. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin müavini Valeri Qerasimov xarici attaşelər üçün brifinqdə bildirib.

"Terrorizm və radikal ekstremizmin genişlənməsi, koronavirus infeksiyasının yayılması fonunda davam edən qlobal iqtisadi tənəzzül və bir sıra dövlətlərin destruktiv xarici siyasəti dünyada gərginliyin artmasına səbəb olur", - deyə Qerasimov qeyd edib.

Onun sözlərinə görə, Suriya, İran, Əfqanıstan və Liviyada terrorçuluq fəaliyyəti davam edir. İran-ABŞ münasibətlərində gərginliyin dərəcəsi azalmır.

Xəbər lenti
0