Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxmada yeni rekord qeydə alınıb

© AP Photo / Pavel GolovkinСитуация в связи с эпидемиологической обстановкой в России, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в России, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2963688-ə çatıb. Rusiyada pandemiya yayılandan 53096 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 24 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 29935 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 635 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2963688-ə çatıb. Rusiyada pandemiya yayılandan 53096 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2370857-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 78,7 milyonu keçib, 1,73 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0