08:28 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
4101

Qanun layihəsinin müəllifləri Andrey Klişas, Rusiya Dövlət dumasının deputatı Pavel Kraşeninnikov və Olqa Savastyanovadır.

BAKI, 23 dekabr — Sputnik. Dövlət Duması bu gün keçirilən plenar iclasda hazırkı dövlət başçısının yenidən iki prezidentlik müddətinə iddia etmək hüququ haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Müvafiq olaraq bu sənəd Rusiya hökuməti tərəfindən təsdiqlənib. 

Qanun layihəsində deyilir ki, Rusiya Konstitusiyasında eyni şəxsin Rusiya Federasiyası Prezidenti vəzifəsində olma müddətini məhdudlaşdıran müddəası dövlət başçısı vəzifəsini tutan və tutmuş şəxslərə şamil edilir.

Bu zaman liderin müəyyən məhdudlaşdırmalara malik Konstitusiyaya əlavələrin qüvvəyə minməsindən əvvəl, yaxud hazırda vəzifədə olduğu müddətlərin sayı nəzərə alınmır, həmçinin göstərilən müddəanın icazə verdiyi müddətlərdə Rusiyanın prezidenti olmaq imkanını istisna etmir.

Qanun layihəsinin müəllifləri Andrey Klişas, Rusiya Dövlət dumasının deputatı Pavel Kraşeninnikov və Olqa Savastyanovadır.

Teqlər:
müddət, prezidentlik, dəyişiklik, Konstitusiya, Vladimir Putin

Əsas mövzular