16:20 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
38 0 0

Məlumata görə, uçuşdan sonra “Boeing 737”-nin hava təzyiqi tənzimləyicisinin nasazlıq sensoru işə düşüb. Hadisə zamanı təyyarədə 121 nəfər olub, onlardan 116-sı sərnişin olub. 

BAKI, 19 dekabr - Sputnik. Utair aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi İqarka-Ufa marşrutu üzrə uçarkən Surqut aeroportunda təcili eniş etməlıi olub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə hava limanında bildirilib.

"Təyyarə eniş edib, hər şey qaydasındadır", – aeroportdan bildiriblər.

Daha əvvəl xəbər verilib ki, təyyarə təcili eniş etməyə hazırlaşır. Məlumata görə, uçuşdan sonra “Boeing 737”-nin hava təzyiqi tənzimləyicisinin nasazlıq sensoru işə düşüb. Hadisə zamanı təyyarədə 121 nəfər olub, onlardan 116-sı sərnişin olub. 

Teqlər:
Rusiya, "Boeing 737-800" tipli sərnişin təyyarəsi, Boeing 737

Əsas mövzular