Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tullantılardan yol örtüyü salınacaq

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidAsfaltlama işləri, arxiv şəkli
Asfaltlama işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya İqtisad Universitetinin alimlərinin fikrincə, məişət tullantılarının təkrar emalı sayəsində magistral yolların keyfiyyətini artırmaq mümkündür.

BAKI, 17 dekabr — Sputnik. Q. V. Plexanov adına Rusiya İqtisad Universitetinin alimləri təkrar emal edilə bilən materiallardan istifadə edərək magistral yolların keyfiyyətini artırmağı təklif ediblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, mütəxəssislər yol tikintisi üçün tullantılardan yeni davamlı material yaratmağa nail olublar. Onların fikrincə, bu yenilik polimerlərin istehsalı ilə əlaqəli zərərli tullantıların azaldılmasına və ekoloji vəziyyətin sabitləşməsinə kömək edəcək. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Rusiya İqtisad Universitetinin mütəxəssislərinin sözlərinə görə, elmi işlərinin əsas nailiyyəti yüksək yapışqan və elastik dayanıqlılıq xüsusiyyətləri, müxtəlif hava şəraitinə qarşı müqaviməti artan yeni bitum-polimer kompozisiyasının yaradılmasıdır. Səki materialları və yol plitələrinin, eləcə də, yol-nəqliyyat infrastrukturunun köməkçi elementlərinin istehsalında bu kompozisiyadan istifadə oluna bilər.

Universitetin "Qabaqcıl kompozit materiallar və texnologiyalar" laboratoriyasının aparıcı elmi işçisi Anatoli Olxovun sözlərinə görə, tullantılara (məsələn, qablaşdırma materiallarına) əsaslanan kompozit materialların işlənib-hazırlanması təbii şəkildə parçalanma müddəti uzun sürən və təkrar emalı çətin olan tullantılarla bağlı yaranan ekoloji gərginliyi azaltmağa da imkan verəcək. Təkrar emal edilə bilən materiallardan istifadənin yeni üsulu ilkin polimerlərin istehsalında zərərli emissiya miqdarının qismən ikinci dərəcəli xammalla əvəz olunaraq azaldılmasına kömək edəcək.

Gələcəkdə tədqiqat müəllifləri öz elmi fikirlərini tədricən yol nəqliyyat tikintisində və digər sahələrdə tətbiq etməyi planlaşdırırlar.

Qeyd edək ki, elmi yenilik "Nəqliyyat tikintisi üçün məhsullar yaratmaq məqsədi ilə ikinci dərəcəli polimer materialların emalı texnologiyasının inkişafı" adlı tədqiqat layihəsi çərçivəsində əldə olunub.

Xəbər lenti
0