20:45 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
12211

Putinin partiyası Rusiya Dövlət Dumasına, həmçinin 2021-ci ildə Rusiyada keçiriləcək bütün seçkilərə qatılmaq niyyətindədir.

BAKI, 15 dekabr — Sputnik. Sahibkar, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq əməkdaşı, Rusiya Federasiyasının prezidentinin əmisi oğlu Roman Putin Korrupsiyasız Rusiya Partiyasını yaradıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, belə bir qərar partiyanın Moskvada keçirilən qurultayında qəbul olunub.

Buna qədər isə Ali Məhkəmə Putinin bu ilin iyulunda rəhbərlik etməyə başladığı "Xalq korrupsiyaya qarşı" siyasi partiyasının ləğvi haqqında Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin iddiasını təmin edib.

Məlumatda bildirilir ki, Putinin partiyası Rusiya Dövlət Dumasına, həmçinin 2021-ci ildə Rusiyada keçiriləcək bütün seçkilərə qatılmaq niyyətindədir.

 

Teqlər:
seçkilər, siyasət, partiya, Rusiya, Vladimir Putin

Əsas mövzular