17:57 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
7410

Layihə müəllifləri onun gələcəyinə böyük ümid bağlayırlar. Lap əvvəldən mütəxəssislər bu layihəni yaradarkən beynəlxalq metod və standartlardan istifadə ediblər

BAKI, 15 dekabr — Sputnik. Saxa Respublikası (Yakutiya) kəndlərinin sakinləri üçün "Ağıllı kənd" vahid veb-xidməti işlənib hazırlanır. Xəbərlər, bloqlar, ətraf mühitin monitorinq sistemləri, yanğın təhlükəsizliyi sistemləri, videonəzarət, həmçinin yolların bağlanması və təmirinə dair məlumatlar hər qəsəbənin bir "situasiya mərkəzi"ndə və Yakutiyanın Namski rayonunda toplanacaq. Saxa Respublikasının İnnovasiya, Rəqəmsal İnkişaf, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyindən "RİA Novosti"yə "Ağıllı kənd"in imkanları və bu layihənin Rusiya Federasiyası hüdudlarından kənara çıxması perspektivləri barədə məlumat verilib.

"Ağıllı kənd" layihəsi bələdiyyələrin və əhalinin büdcəsi nəzərə alınmaqla kiçik yaşayış məntəqələri üçün uyğunlaşdırılmış "Ağıllı şəhər"in analoqudur. Bu layihənin koordinasiyasını regional İnformasiya Texnologiyaları (İT) mərkəzi həyata keçirəcək. Onun yaradılması vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Rayon administrasiyası informasiya-kommunikasiya texnologiyalarını inteqrasiya etməklə icmalar və infrastruktur rəhbərləri arasında birbaşa qarşılıqlı əlaqə yarada, həmçinin yaşayış məntəqəsində baş verən hadisələr, onların inkişaf tempi və hansı metodlarla vətəndaşların həyat keyfiyyətinin yüksəldilə biləcəyini müəyyənləşdirmək imkanı qazanacaq.

"Regional İT mərkəzləri informasiya texnologiyalarının respublikanın kənd və şəhərlərinin inkişafına xidmət etməsi məqsədi ilə yaradılır. "Ağıllı kənd" layihəsi həm Namski rayonunun bələdiyyələrindən, həm də onu dərhal həyata keçirməyə hazır olan rəqəmsal idarəetmə platformasını işləyib hazırlayanlardan dəstək aldı. Beləliklə, bu layihə Yakutiyanın kənd yaşayış məntəqələrinin rəqəmsallaşdırılmasında pilot layihə rolunu oynaya bilər", – Yakutiya İnnovasiya, Rəqəmsal İnkişaf, İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Anatoli Semyonov belə deyir.

Layihənin tətbiqi üçün istifadə olunan əsas texnologiya Yakutsk İT-parkının rezident şirkəti tərəfindən hazırlanmış platformadan ibarətdir.

Layihə müəllifləri onun gələcəyinə böyük ümid bağlayırlar. Lap əvvəldən mütəxəssislər bu layihəni yaradarkən beynəlxalq metod və standartlardan istifadə ediblər ki, gələcəkdə həmin sistemi yalnız Rusiya ərazisində deyil, həm də onun hüdudlarından kənarda tətbiq etmək mümkün olsun. Layihə müəlliflərinin sözlərinə görə, xarici ölkələrdə də kiçik yaşayış məntəqələri bahalı avtomatlaşdırma sistemləri satın ala bilmirlər.

"Ağıllı kənd" layihəsinin 2021-ci ilin birinci rübündən etibarən fəaliyyətə başlayacağı planlaşdırılır. Layihənin icrası üçün maliyyə vəsaiti layihəni inkişaf etdirən şirkətin investisiyaları və seçilmiş modullara uyğun olaraq aylıq abunə haqqı hesabına təmin ediləcək.

Əsas mövzular