17:14 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
9 0 0

RF lideri Baydenə uğurlar arzulayıb və Rusiya ilə ABŞ-ın fikir ayrılıqlarına baxmayaraq bir çox problemin həllinə töhfə verə biləcəyinə əminliyini bildirib.

BAKI, 15 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Co Baydeni ABŞ-da prezident seçkiləri münasibətilə təbrik edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

RF lideri Baydenə uğurlar arzulayıb və Rusiya ilə ABŞ-ın fikir ayrılıqlarına baxmayaraq bir çox problemin həllinə töhfə verə biləcəyinə əminliyini bildirib.

"Öz tərəfimdən sizinlə qarşılıqlı əlaqələrə və təmaslara hazıram", - deyə Putin bildirib.

Qeyd edək ki, ötən gün noyabrın 3-də ABŞ-da keçirilən seçkilərdən sonra ayrı-ayrılıqda 50 ştatda və Vaşinqtonda toplanan Seçicilər Kollegiyasının səsverməsi ilə Co Baydenin prezidentliyi təsdiqlənib. Səsvermədə Seçicilər Kollegiyasına daxil olmuş ilk türk nümayəndə – Derya Taşkın da iştirak edib.

Bayden bu münasibətlə Vaşinqtonda verdiyi açıqlamada "Tarix boyu etdiyimiz kimi yeni bir səhifə açmağın, birləşməyin və yaxşılaşmağın vaxtı gəlib çatdı", deyib.

Ona səs verən və verməyən bütün amerikalıların prezidenti olacağına söz verən Bayden bildirib ki, Donald Tramp nə qədər Amerikada demokratiyanı məhv etməyə çalışsa da, buna nail ola bilməyib.

Bayden "ABŞ-da siyasətçilər nəzarəti ələ almırlar, xalq onlara bu səlahiyyəti verir", – deyə o, nitqini yekunlaşdırıb.

Seçki Kollegiyasının səsvermə nəticələri 2021-ci il yanvarın 6-da ABŞ vitse-prezidenti Mayk Pensin rəhbərliyi ilə keçiriləcək iclasda ikinci dəfə müzakirə olunaraq təsdiqlənəcək.

Qeyd edək ki, Co Bayden ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkisində Seçicilər Kollegiyasının 306 nümayəndəsinin səsini almaqla qalib gəlib. ABŞ prezidenti Donald Tramp isə yalnız 232 nümayəndənin səsini ala bilib.

Əsas mövzular